EN

Quba–Qonaqkənd yolunda sürüşmə: Bərpa işlərinə başlamaq mümkün deyil (VİDEO)

Bakı.Trend:

Səhər saatlarında Quba–Qonaqkənd–Muçu avtomobil yolunda torpaqsürüşməsi baş verib.

Hadisə ilə əlaqədar Trend-in sorğusuna cavab olaraq AzərbaycanAvtomobillər Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki,intensiv yağıntılar nəticəsində bu gün səhər saatlarındaQuba–Qonaqkənd–Muçu avtomobil yolunun 42-ci kilometrliyində, yolunkeçdiyi ərazidə torpaq sürüşməsi baş verib.

Bildirilib ki, hadisə nəticəsində avtomobil yolunun bir hissəsiyararsız vəziyyətə düşmüş və nəqliyyatın hərəkətinə məhdudiyyətyaranıb.

“Hadisə baş verən kimi Azərbaycan Avtomobil Yolları DövlətAgentliyinin əməkdaşları dərhal əraziyə cəlb olunub, ərazi nəzarətəgötürülüb, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Sürüşmə prosesi davam etdiyi üçün hazırda bərpa işlərinənaşlamaq mümkün deyil. Sürüşmə sabitləşdikdən sonra sözügedənhissədə müvəqqəti yolun salınması istiqamətində işlərəbaşlanılacaq", - deyə qurumun məlumatında qeyd olunub.

Chosen
22
2
az.trend.az

5Sources