EN

Qadının saçını yandırdı - Onu 3 il həbs gözləyir

35 yaşlı Ukrayna vətəndaşı Nataliya S. başqa bir qadının saçını yandırması səbəbindən üç ilə qədər həbs oluna bilər.

Publika.az xəbər verir ki, bu barədə “RMF24” nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə yanvar ayında Varşava Mərkəzi Stansiyasında baş verib. Məlumata görə, Nataliya qurbanın saçını yandıraraq oradan qaçıb.

Polis iki ay davam edən axtarışlardan sonra onu tapıb.

Nataliya həyat və ya sağlamlığa birbaşa təhlükə yaratmaqda və başqa bir şəxsi öldürməklə hədələməkdə ittiham olunub. Məhkəmə onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçib.

Chosen
23
publika.az

1Sources