Birləşmiş Krallıq Yaxın Şərqdə müharibənin bitməsindən sonra Hörmüz boğazından təhlükəsiz keçidi təmin etməyə hazır olan 40-dan çox ölkənin nümayəndələri ilə onlayn hərbi planlaşdırma görüşü keçirəcək.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yüksək rütbəli Britaniya hərbi zabitinin açılış nitqi ilə keçiriləcək görüşdə Fransa, Almaniya, Kanada, Yaponiya, Cənubi Koreya, Avstraliya və Birləşmiş Ərəb Əmirlikləri iştirak edəcək.