EN

Kişilərin maaşı niyə qadınlardan yüksəkdir?

Bərabər dəyərli iş prinsipi əsasən diskriminasiyanın aradan qaldırılmasına xidmət edir. Eyni vəzifədə çalışan, eyni bacarıq və kvalifikasiyaya malik şəxslərə fərqli əmək haqqı tətbiq edilməməlidir. Bu yanaşma əmək bazarında ədalətin və şəffaflığın təmin olunmasına kömək edir. Əmək haqqı müəyyən edilərkən işçinin təhsili, təcrübəsi, məsuliyyət dərəcəsi, işin çətinliyi və iş şəraiti kimi amillər nəzərə alınır. Burada əsas prinsip ondan ibarətdir ki, cins, yaş və digər fərqləndirici xüsusiyyətlər rol oynamamalıdır.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, praktikada bu proses adətən şirkətlərin insan resursları şöbələri tərəfindən həyata keçirilir və vəzifələr üzrə xüsusi qiymətləndirmə sistemləri qurulur:

“Bəzi hallarda bu prinsipin tətbiqi işəgötürənlər üçün əlavə xərclər yarada bilər. Lakin bu, geniş yayılmış ciddi problem hesab olunmur. Əksinə, uzunmüddətli perspektivdə sosial ədaləti artırır və əmək bazarında daha sağlam mühit formalaşdırır.

Chosen
14
8
publika.az

9Sources