EN

Banklararası Kart Mərkəzi vasitəsilə avro ilə aparılmış əməliyyatların həcmi məlum olub

Bakı. Trend:

Bu ilin fevral ayının sonuna olan vəziyyətə görə, AzərbaycandaBanklararası Kart Mərkəzi (BKM) vasitəsilə 15,7 min emal edilmişödəniş əməliyyatı həyata keçirilib və əməliyyatların ümumi məbləği1,8 milyon avro təşkil edib.

Bu barədə Trend-əAzərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə göstəricitəxminən 800 əməliyyat, yəni 5,4% artıb, məbləğ isə dəyişməyib.

Keçən ilin fevral ayında Azərbaycanda BKM vasitəsilə 14,9 minödəniş əməliyyatı həyata keçirilmiş və əməliyyatların ümumi məbləği1,8 milyon avro təşkil edib.

Qeyd edək ki, BKM bank kartları üzrə ödənişlərin təhlükəsiz vəoperativ emalını təmin edən texnoloji və maliyyə infrastrukturudur,yəni banklar arasında ödənişlərin düzgün ötürülməsini və yekunicrasını həyata keçirir.

Məqalədə:
Chosen
38
az.trend.az

1Sources