EN

İstanbulda İsrail baş konsolluğunun yaxınlığında atışma - ölən və yaralananlar var

Bakı. Trend:

Türkiyədə İsrailin İstanbul şəhərliyində yerləşən başkonsulluğunun yaxınlığında silahlı insident baş verib.

Trend bu barədəTürkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə yerinə çoxsaylı polis qüvvələri cəlbolunub, ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.Hadisəyə polis əməkdaşları müdaxilə edib.

Qeyd edilir ki, 2 polis yaralanıb, zərərsizləşdirilən 3şübhəlidən 2-si ölüb, birinin isə ağır vəziyyətdə olduğubildirilir.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Məqalədə:
Chosen
21
1
az.trend.az

2Sources