EN

"Çətinliyə baxmayaraq mübarizə aparmalıyıq"

style='margin-bottom:10px;'>

Aprel ayında 4 yoldaşlıq oyunu keçirəcək futzal üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir.

QOL.az xəbər verir ki, komanda dünən də günü 2 məşqlə yekunlaşdırıb. Bu gün axşam saatlarında zala çıxacaq futzalçılar sabah – aprelin 8-də Bakı-Tbilisi reysi ilə Gürcüstana yola düşəcək.

Bakıdakı hazırlıqla bağlı millinin baş məşqçisi Yevgeni Kukseviç Azərbaycan Futzal Federasiyasına  açıqlama verib:

“Bu cür toplanışları nə qədər çox keçirsək futzalçılarımızın xeyrinə olacaq. Gələcək üçün addımlar atırıq. Hazırda komanda inkişaf prosesindədir. Çalışırıq ki, düşündüklərimizi və etmək istədiklərimizi məşq prosesində tətbiq edək. Üç gün ərzində 5 məşq keçmək planlaşdırılıb. Artıq 4 məşqimizi tamamlamışıq, bu gün isə Bakıda son hazırlıq məşqimizi edəcəyik. Zaldakı məşqlərlə paralel nəzəri çalışmalarımız, videoanalizlərimiz də olur. Yəni toplanış zamanı vaxtdan maksimum yararlanıb, irəliyə doğru addım atmağa çalışırıq. Çünki görəcəyimiz işlər çoxdur”.

Rusiyalı mütəxəssis rəqiblər haqda geniş danışmağa ehtiyac duymayıb: “Həm Gürcüstan, həm də Qazaxıstan millisi günlü rəqiblərdir. Gürcülər 2 ay əvvəl Avropa çempionatının final mərhələsində iştirak ediblər. Bu komanda son illər ciddi inkişaf mərhələsindən keçir. Qazaxıstan yığması isə reytinq cədvəlinin ilk “4-lüy”ündə qərarlaşıb. Bu komanda dəfələrlə həm Avropa, həm də dünya çempionatının final mərhələsində iştirak edib, eyni zamanda mükafatlar qazanıb. Bu da rəqibimizin güclü olmasından xəbər verir. Oyunlarına  baxmışıq, necə oynadıqlarını bilirik. Belə qarşılaşmalar bizim üçün həm təcrübə qazanmaq, həm də payızda keçirəcəyimiz rəsm görüşlərə daha yaxşı hazırlaşmaq baxımından çox əhəmiyyətlidir”.

Çalışdırıcı bir həftə ərzində 4 oyun keçirməyin ağır olmasına rəğmən, faydalı olacağını qabardıb: “FİFA-nın yoldaşlıq oyunları üçün nəzərdə tutduğu günlərdən maksimum istifadə etməyə çalışdıq. Oyunların ardıcıllığı belə formalaşdı. Çətin də olsa, ümumiyyətlə oynamamaqdansa, meydanda olmaq daha yaxşıdır. Bir daha qeyd edirəm, komandanın inkişafını və verilən tapşırıqların nə dərəcədə mənimsənildiyini yoxlamaq üçün, çətinliyə baxmayaraq mübarizə aparmalıyıq. Bu cür görüşlərdə nəticədən çox, meydanda görəcəyimiz işlər maraqlıdır. Oyunların çoxluğunu və ağırlığını nəzərə alaraq düşərgəyə 17 futzalçı dəvət etmişik”.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, ayın 13-də və 15-də isə Aktauda Qazaxıstan yığması ilə qarşılaşacaq.

Chosen
7
1
teleqraf.com

7Sources