EN

George Haci – Rumıniya millisinin yeni baş məşqçisi! – ARENA.AZ

Ötənlərin məşhur futbolçusu George Haci futbol üzrə Rumıniya milli komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Haci bu postda bir neçə gün öncə səhhəti ilə əlaqədar işindən ayrılmaq məcburiyyətində qalmış Mirça Luçeskunu əvəzləyib. Hansı ki, təcrübəli mütəxəssis ürəyindəki problemlə əlaqədar hazırda xəstəxanada müalicə alır və vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, George Haci son olaraq ölkəsində “Farul”un baş məşqçisi olub. 61 yaşlı mütəxəssis Rumıniyanın “Vitorul”, “Styaua” (Buxarest), “Politexnika” (Timişoara) kimi komandalarına, həmçinin Türkiyənin “Bursaspor” və “Qalatasaray” kollektivlərinə də rəhbərlik edib.

Qeyd edək ki, Hacinin məşqçi kimi ilk işi də Rumıniya yığmasına rəhbərlik etmək olub. O, 2001-ci ildə milli komandanı 2 oyuna çıxarıb, 1 qələbə və 1 heç-heçə görüb, amma vəzifəsindən erkən ayrılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
22
22
arena.az

10Sources