EN

Bağça müəllimlərinin yerdəyişmə müsabiqəsi başlayır - Kimlər iştirak edə bilər?

Bakı. Trend:

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyətgöstərən dövlət məktəbəqədər təhsil müəssisələrində vakanttərbiyəçi-müəllim vəzifələri üzrə yerdəyişmə prosesinə qeydiyyatelan olunur.

Trend xəbərverir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumatyayıb.

Məlumata görə, müsabiqədə hazırda dövlət məktəbəqədər təhsilmüəssisələrində tərbiyəçi-müəllim vəzifəsində müddətsiz əməkmüqaviləsi ilə çalışan şəxslər iştirak edə bilərlər.

Qeyd: Qeyri-ixtisaslı tərbiyəçi-müəllimlər yaşayış yerindənasılı olmayaraq yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər.
Yerdəyişmə etmək istəyən namizədlər 7 aprel 2026-cı il tarixindən15 aprel 2026-cı il tarixinədək aşağıdakı link vasitəsiləqeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://forms.gle/kTvqh2R2WeXzcGL6A
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi ilə bağlı müraciətlərə yaşayışyerinin (rayon, şəhər) dəyişməsini təsdiq edən müvafiq sənəd təqdimedildiyi halda baxılır.
Tələb olunan sənədlər:
• şəxsiyyət vəsiqəsinin surəti;
• təhsil haqqında dövlət sənədinin (diplomun) surəti;
• əmək kitabçasının surəti;
• şəhid ailə üzvü olmasını təsdiqləyən sənədin surəti (olduğuhalda);
• yerdəyişmənin səbəbini təsdiq edən dövlət qurumları tərəfindənverilmiş arayışlar (yaşayış yerinin dəyişməsi, həyat yoldaşının işyerinin dəyişməsi, tibbi göstərişlər və s.).
Bir vakant yerə birdən çox müraciət daxil olduqda namizədlərəaşağıdakı ardıcıllıqla üstünlük verilir:
• şəhid ailəsi üzvlərinə;
• daha yüksək təhsil səviyyəsinə malik şəxslərə;
• pedaqoji stajı daha çox olan tərbiyəçi-müəllimlərə.

Chosen
7
8
az.trend.az

10Sources