EN

Qonşu ölkələrdəki maşına monitor quraşdırma qadağası Azərbaycana gələ bilər EKSPERT

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyədə bir müddət əvvəl yeni qanun layihəsi təsdiqlənib. Belə ki, avtomobilə sonradan quraşdırılan monitorlar və telefon tutacaqlarının istifadəsi qadağan edilib. Bu qərar sürücünün diqqətinin yayındırılmasının qarşısını almaq və yol hərəkəti təhlükəsizliyini artırmaq məqsədi daşıyır.

Qeyd edək ki, hərəkət zamanı sürücünün diqqətinin yayınması yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri hesab olunur. Xüsusilə avtomobildə əlavə qurğuların quraşdırılması sürücünün diqqətini yoldan ayıra və qəza riskini artıra bilər.

Hazırda Azərbaycanda bu cür qadağa tətbiq olunmasa da, gələcəkdə yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə bu istiqamətdə müəyyən addımların atılması istisna edilmir.

Bəs görəsən, oxşar qaydalar Azərbaycanda da tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az xəbər verir ki, bu layihə bir müddət əvvəl Rusiyada təsdiqlənib:

“Rusiya qanunvericiliyində belə bir maddə müzakirə olunurdu ki, avtomobilin alın şüşəsinə telefon tutacağı, video qeydiyyatçı və digər hər hansı əlavə cihaz yapışdırılsa, bu, cərimə ilə nəticələnəcək. Səbəb kimi də göstərilirdi ki, bu qurğular sürücünün görünüş dairəsini məhdudlaşdırır.

Amma burada əsas səbəb məhdudlaşdırma deyil. Çünki bu cihazı avtomobilin elə bir hissəsinə yapışdırmaq olar ki, hər hansı problem yaratmasın. Məsələn, sürücünün görə biləcəyi ən üst yerlərə və yaxud da aşağıda alətlər panelinə yapışdırmaq olar. Biz buna idarəetmə paneli deyirik, “pribor” da deyilir. Amma alın şüşəsinin müəyyən nöqtələri var ki, sürücünün görüntü imkanını məhdudlaşdıra bilər, hər hansı piyada vurma və yaxud digər maneəyə çırpılma kimi hallar yarada bilər, yəni kor nöqtə əmələ gətirə bilər.

Digər tərəfdən sürücülər, məsələn, taksi sürücüləri, bu cihazları ön alın şüşəsinə quraşdırırlar və gözləri orada qalır ki, müştəri sifariş versin. Kim sifarişi tez qəbul etsə, müştəri onun olur. Bu səbəbdən, diqqətin yayılması halı baş verir. Bu cür elementləri nəzərə alaraq düşünürəm ki, həmin ölkələr belə qərar qəbul edir”.

Ekspert əlavə olaraq qeyd edib ki, Rusiya, ardınca Türkiyədə bu qanunun təsdiqlənməsi o deməkdir ki, bu qanun Azərbaycana da gələ bilər.

“Monitor məsələsi də diqqətin yayınması kimi bir hal yarada bilər. Amma müasir avtomobillərin əksəriyyətində monitor var. Sonradan quraşdırılan monitorlar isə ola bilsin yanğın hadisəsinə səbəb olsun və ya digər neqativ hallara yol açsın.

Hər halda, hüquqşünaslar belə bir qərar qəbul edəcəksə, belə bir layihə ortaya qoyacaqsa, bunu əsaslandırmalıdır”.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
avtosfer.az

1Sources