EN

Bakı WUF 13-ə ev sahibliyi edəcək

Bakı

Bakının WUF 13-ə ev sahibliyi etməsi Azərbaycanın qlobal nüfuzundan xəbər verirMay ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) qlobal siyasi-iqtisadi gündəliyin mühüm platformalarından biridir. BMT-nin təşəbbüsü ilə keçirilən bu forum sürətli urbanizasiya, iqlim dəyişiklikləri və sosial bərabərsizlik kimi çağırışların müzakirə olunduğu ən böyük beynəlxalq platformadır:Bu tədbir dünyanın müxtəlif ölkələrindən minlərlə insanı - siyasətçiləri, ekspertləri, memarları və investorları bir araya gətirir. Burada əsas məqsəd şəhərləri daha rahat, təhlükəsiz və insanyönümlü etməkdir.Forumun mərkəzində duran əsas problem isə günümüzün ən əsas çağırışlarındandır: əhalinin böyük hissəsi şəhərlərdə yaşayır və bu proses davam etdikcə mənzil çatışmazlığı, sosial bərabərsizlik və infrastruktur böhranı dərinləşir.Hesablamalara görə, milyardlarla insan qeyri-adekvat yaşayış şəraitində yaşayır və bu, urbanizasiyanın mərkəzi probleminə çevrilib. Bu kontekstdə forumun əsas mövzusu - təhlükəsiz, dayanıqlı şəhərlər qurmaq - artıq təkcə humanitar deyil, həm də geosiyasi məsələ kimi qəbul olunur. Bugünkü çağırışların mahiyyəti yalnız tikinti və planlaşdırma ilə məhdudlaşmır. Xüsusilə ağıllı şəhər modelləri, yaşıl enerji infrastrukturu əsas faktorlara çevrilir. Bu baxımdan forum həm də yeni texnoloji və iqtisadi əməkdaşlıq platforması rolunu oynayır.Bakının bu tədbirə ev sahibliyi etməsi bir daha Azərbaycanın qlobal gündəmdə mövqeyi və nüfuzundan xəbər verir:Xüsusilə Qarabağda həyata keçirilən və artıq kifayət qədər diqqət mərkəzində olan ağıllı şəhər və kənd layihələri Azərbaycanın forum çərçivəsində təqdim edəcəyi əsas modellərdən biridir.Digər mühüm məqam ondan ibarətdir ki, bu forumda konkret şəhər modelləri, texnologiyalar və investisiya layihələri müzakirə olunacaq.Eyni zamanda, forum inkişaf etməkdə olan ölkələr üçün mühüm mesaj platformasıdır. Çünki urbanizasiya problemlərinin böyük hissəsi məhz bu ölkələr üçün əsas çağırışdır. Müasir yanaşma ondan ibarətdir ki, şəhərlər artıq yalnız yaşayış məkanı deyil, dünyanın gələcəyini müəyyən edən əsas platformaya çevrilir.

Diqqət Çəkənlər

Sabah bu ərazilərdə İşıq Kəsiləcək

Bakının bu ərazilərində söküntü olacaq - Siyahı

Növbəti plenar iclasının gündəliyi açıqlanıb

Chosen
26
1
ulusum.az

2Sources