Naxçıvan, 7 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının pensiya ödənişi başa çatdırılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Pensiyaçılar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Müxbir- Nail Əsgərov