İstanbulda aparılan narkotik araşdırması çərçivəsində Mustafa Ceceli, Simge Sağın, İbrahim Çelikkol və Melek Mosso kimi tanınmış şəxslər də daxil olmaqla 9 nəfər şübhəli saxlanılıb. 1news.az xəbər verir ki, Beykoz Cumhuriyyət Baş Prokurorluğu açıqlamasında qeyd edib ki, araşdırma çərçivəsində əldə olunan sübutlar və daxil olan məlumatlar əsasında şübhəlilərin cinayətdə iştirak etdikləri qiymətləndirilib. Bu səbəbdən Beykoz Sülh Cinayət Məhkəməsinin qərarı ilə 7 Aprel 2026-cı il tarixində eyni vaxtda əməliyyat aparılıb. Rəsmi açıqlamalar və milli media qurumlarının verdiyi məlumatlara görə, araşdırmanın “narkotik və ya stimullaşdırıcı maddəni istifadə üçün almaq, qəbul etmək və ya saxlamaq”, “narkotik və ya stimullaşdırıcı maddə istifadə etmək” və “narkotik və ya stimullaşdırıcı maddə təmin etmək” maddələri çərçivəsində aparıldığı bildirilib. Xatırladaq ki, Türkiyədə ötən ildən davam edən narkotik əməliyyatları çərçivəsində Hadisə, İrem Derici, Birce Akalay, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Doğukan Güngör, İsmail Hacıoğlu, Kemal Doğulu və Kaan Tangözen daxil olmaqla bir çox məşhur sima saxlanılıb, lakin sonradan sərbəst buraxılıblar.