Bu ilin yanvar-mart aylarında Azərbaycan dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.
XQ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 265 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Bu ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinin gəlirləri 9 599,0 milyon manat təşkil edib ki, bu da proqnozu 458,9 milyon manat və ya 5 % üstələyib.
Yanvar-mart ayları ərzində dövlət büdcəsinin xərcləri 8 milyard 12,5 milyon manat proqnoza qarşı 7 milyard 817,1 milyon manat məbləğində icra edilib ki, bu da 97,6 % təşkil edir.
Bu ilin yanvar-mart ayları ərzində icmal büdcənin gəlirləri 8 milyard 852,6 milyon manat, xərcləri isə 9 milyard 43,6 milyon manat məbləğində icra edilib.