EN

Saxta dərmanlar necə seçilir- AÇIQLAMA

Ajans.az xəbər verir ki, bunu "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" efirində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin Təqib və izləmə şöbəsinin müdiri Səid Fərzullayev deyib. Onun sözlərinə görə bu sistem vasitəsilə hər bir dərman vasitəsi qutusuna unikal seriya nömrəsi verilir: "Bu məlumat xüsusi data-matrix kodun daxilində yerləşdirilir və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təqib və İzləmə İnformasiya Sistemində qeydiyyata alınır. Dərman vasitəsi ölkədə istehsal olunduqdan və ya idxal edildikdən sonra onun dövriyyəsi bütün mərhələlər üzrə sistem vasitəsilə izlənilir. Sistemdə tanınmayan və ya düzgün qeydiyyata alınmamış kodlarla markalanmış dərman vasitələri dərhal aşkarlanır və onların dövriyyəyə buraxılmasının qarşısı alınır". Şöbə müdiri bildirib ki, dərman vasitəsi aptekdə satıldıqda və ya tibb müəssisəsində istifadə edildikdə həmin kod sistemdə deaktiv olunur:

"Əgər eyni kod ikinci dəfə istifadə edilərsə, sistem dərhal xəbərdarlıq verir. Bu mexanizm saxta və ya təkrar dövriyyəyə buraxılmış dərman vasitələrinin operativ şəkildə aşkarlanmasına imkan yaradır. Nəticədə sistem saxta dərman vasitələrinə qarşı güclü rəqəmsal sipər rolunu oynayır. Dərman vasitələrinin hər bir qutusunun izlənməsi və hər bir satışın qeydiyyata alınması onların təhlükəsiz təminatının əsasını təşkil edir".

Chosen
2
9
Ajans.az

10Sources