AZ

Səhiyyə Nazirliyindən AÇIQLAMA: “Dərman təhlükəsizliyi üçün yeni rəqəmsal mexanizm”

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Saxta dərmanların qarşısının alınmasında müasir dövrdə bu sahədə ən effektiv vasitələrdən biri rəqəmsal izləmə - yəni Track & Trace sistemidir”.

Moderator.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələinin Təqib və izləmə şöbəsinin müdiri Səid Fərzullayev açıqlayıb.

Onun sözlərinə görə bu sistem vasitəsilə hər bir dərman vasitəsi qutusuna unikal seriya nömrəsi verilir: “Bu məlumat xüsusi DataMatrix kodun daxilində yerləşdirilir və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təqib və İzləmə İnformasiya Sistemində qeydiyyata alınır. Dərman vasitəsi ölkədə istehsal olunduqdan və ya idxal edildikdən sonra onun dövriyyəsi bütün mərhələlər üzrə sistem vasitəsilə izlənilir. Sistemdə tanınmayan və ya düzgün qeydiyyata alınmamış kodlarla markalanmış dərman vasitələri dərhal aşkar edilir və onların dövriyyəyə buraxılmasının qarşısı alınır”.

Şöbə müdiri qeyd edib ki, dərman vasitəsi aptekdə satıldıqda və ya tibb müəssisəsində istifadə edildikdə həmin kod sistemdə deaktiv edilir: “Əgər eyni kod ikinci dəfə istifadə olunarsa, sistem dərhal xəbərdarlıq verir. Bu mexanizm saxta və ya təkrar dövriyyəyə buraxılmış dərman vasitələrinin operativ şəkildə aşkar edilməsinə imkan yaradır. Nəticədə demək olar ki, sistem saxta dərman vasitələrinə qarşı güclü rəqəmsal sipər rolunu oynayır. Dərman vasitələrinin hər bir qutusunun izlənməsi və hər bir satışın qeydiyyata alınması dərman vasitələrinin təhlükəsiz təminatının əsasını təşkil edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
9
moderator.az

10Mənbələr