EN

Türkiyədə Mustafa Ceceli və başqa məşhurlar saxlanılıb

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində narkotiklərlə mübarizə istintaqıçərçivəsində keçirilən əməliyyatda şou-biznes və kino sahəsinin azıdoqquz tanınmış nümayəndəsi saxlanılıb.

Trend xəbər verirki, bu barədə NTV telekanalı məlumat yayıb.

Məlumata görə, saxlanılanlar arasında tanınmış aktyor İbrahimÇelikkol, məşhur pop ifaçıları Bengü, Simge Sağın, Melek Mosso,Mustafa Ceceli, modelyer Sipahi Hacısüleymanoğlu, musiqi prodüseriİlkay Sencan da var.

Saxlanılan şəxslər narkotik vasitələrin istifadəsi, saxlanılmasıvə yayılmasında şübhəli bilinirlər.

Türkiyədə, əsasən də İstanbulda son bir neçə ay ərzində mütəmadiolaraq narkotiklərə qarşı iri miqyaslı əməliyyatlar keçirilir. Dahaəvvəl onlarla insanın, o cümlədən tanınmış aktyorların, televiziyajurnalistlərinin və bloqerlərin saxlanıldığı bildirilmişdi.

Məqalədə:
Chosen
19
az.trend.az

1Sources