EN

Azərbaycan-Gürcüstan münasibətləri uğurlu tərəfdaşlıq modelidir – Deputat

Bakı. Trend:

Prezident İlham Əliyevin 6 aprel 2026-cı il tarixində Gürcüstanahəyata keçirdiyi səfər və mətbuata verdiyi bəyanat iki dost ölkəarasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayişetdirdi.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı AfətHəsənova deyib.

A.Həsənova bildirib ki, bu səfər iki ölkə arasında stratejitərəfdaşlığın növbəti təsdiqi kimi qiymətləndirilməlidir:

“Azərbaycan və Gürcüstan xalqlarını əsrlərə söykənən dostluq vəmehriban qonşuluq münasibətləri birləşdirir. Tarixi bağlarımız bugün dövlətlərarası əməkdaşlığın möhkəm təməlini təşkil edir. Həriki ölkə müstəqillik dövründə siyasi və iqtisadi baxımdan mühümnailiyyətlər əldə edib və bu inkişaf qarşılıqlı dəstək fonunda dahada güclənir. Gürcüstanın son illərdə qazandığı iqtisadi uğurlar vəformalaşdırdığı əlverişli investisiya mühiti region üçün nümunəvimodeldir”.

Deputat vurğulayıb ki, iki ölkə beynəlxalq platformalarda dadaim bir-birinin yanında olub:

“Ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığıprinsiplərinə qarşılıqlı hörmət münasibətlərimizin əsasdayaqlarındandır. Bu həmrəy mövqe regionda sabitliyin qorunmasınada mühüm töhfə verir.

İqtisadi əməkdaşlıq xüsusi qeyd olunmalıdır. Ticarətdövriyyəsinin artan dinamika ilə yüksəlməsi, Azərbaycansərmayəsinin Gürcüstan iqtisadiyyatında əhəmiyyətli paya sahibolması münasibətlərimizin praktik nəticələrini göstərir. Eynizamanda, gələcəkdə üçüncü ölkələrdə birgə layihələrinreallaşdırılması perspektivi əməkdaşlığın yeni mərhələyə keçdiyinigöstərir.

Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonundaAzərbaycan və Gürcüstanın rolu daha da artır. Regionun qarşıdurmaməkanından əməkdaşlıq və təhlükəsizlik zonasına çevrilməsiistiqamətində atılan addımlar təqdirəlayiqdir. Xüsusilə GürcüstanınAzərbaycan–Ermənistan münasibətlərində sülh təşəbbüslərinə verdiyitöhfə mühüm əhəmiyyət daşıyır. Ticarət və iqtisadi inteqrasiyasülhün möhkəmlənməsi üçün ən real vasitələrdən biridir”.

A.Həsənova əlavə edib ki, enerji və nəqliyyat sahəsində həyatakeçirilən birgə layihələr münasibətlərimizin strateji xarakterinidaha da gücləndirib:

“Azərbaycan enerji resurslarının dünya bazarlarınaçıxarılmasında Gürcüstan əsas tranzit ölkədir. Eyni zamanda, OrtaDəhliz kimi mühüm nəqliyyat marşrutlarının inkişafı regionun qloballogistika xəritəsində rolunu artırır. Bu əməkdaşlıq təkcə ikiölkənin deyil, geniş coğrafiyanın enerji və nəqliyyattəhlükəsizliyinə xidmət edir.

Ümumilikdə, Azərbaycan–Gürcüstan münasibətləri qarşılıqlıhörmət, etimad və ortaq maraqlar üzərində qurulmuş uğurlutərəfdaşlıq modelidir. Əminliklə demək olar ki, mövcud siyasi iradəvə strateji baxış bu əlaqələrin gələcəkdə də yüksələn xətt üzrəinkişafını təmin edəcək”.

Məqalədə:
Chosen
24
az.trend.az

1Sources