EN

Mətbuat Şurası media orqanlarını tənqidi yazılarda ətraflı araşdırma aparmağa çağırıb

Bakı.Trend:

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasınıniclası keçirilib.

Məbuat Şurasından Trend-ə bildirilib ki, toplantıda media orqanları iləbağlı 4 məsələ nəzərdən keçirilib. 1 şikayətin qərar çıxarılmasıüçün Şuranın İdarə Heyətinə təqdim edilməsi məqsədəuyğunsayılıb.

İclasda bildirilib ki, media orqanları yazı hazırlayarkən, birqayda olaraq, tənqid hədəflərinin mövqeyinin öyrənilibbildirilməsinə laqeyd yanaşırlar. Tənqidi materiallarda yalnızqarşı tərəfin mövqeyinin işıqlandırılmasına razılığa dair qeydifadəsini tapır ki, bu, heç də həmişə yetərli sayıla bilməz.

Elə şikayət doğuran materiallar da var ki, onlarda media orqanıqarşı tərəflə əlaqə saxlamaq cəhdlərinin səmərəsizliyinivurğulayır, lakin sonradan tənqid hədəfi həmin materialla bağlıŞuraya müraciət edir, narazılığını bildirir. Halbuki, mediaorqanının qaldırdığı məsələyə əvvəldən həssas yanaşılmalı idi.

Bundan başqa, Şuraya media orqanları ilə bağlı bir sıraşikayətlərdə motiv aydın şəkildə əksini tapmır, narazılıqəsaslandırılmır, cavabdeh kimi götürülən tərəfə etiraz ümumisözlərlə ifadə olunur.

Daha bir xarakterik məqam yanlışlığın təkrarlanması iləbağlıdır. Media orqanları bir çox hallarda hansısa yanlış təqdimatıheç bir araşdırma aparmadan, olduğu kimi yayımlayırlar. Beləhallarda qanun məsuliyyətli tərəf kimi ilk mənbəni götürsə də,yaranmış mənzərə düzgün olmayan bilginin kütləviləşməsini doğururki, bu isə öz növbəsində tənqid hədəflərinə münasibətdə yolverilməzvə haqsız durum formalaşdırır.

Yaxşı olar ki, hər bir media orqanı yayılmış hansısa məlumatınvə ya bilginin səs-küy doğura bilmə ehtimalının yüksəkliyini birkənara qoyaraq, onun nə dərəcədə həqiqətlə uzlaşdığınımüəyyənləşdirsin, fərdi araşdırma aparsın. Bu cəhət onun ictimaimaraq və mənafeləri nəzərə alması baxımından vacibdir və cəmiyyətdənüfuzunu şərtləndirir.

İclasda bütün bu kimi halların Mətbuat Şurasının İdarə Heyətindəmüzakirəsinin vacibliyi vurğulanıb.

Məqalədə:
Chosen
20
16
az.trend.az

10Sources