EN

Çempionluq xəyalları puç olan Mourinyo “partladı”

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

"Benfika" futbol komandasının baş məşqçisi Joze Mourinyo Portuqaliya çempionatının 28-ci turunda “Kaza Piya” ilə oyundan (1:1) sonra mətbuat konfransında sərt açıqlamalar verib.

İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının vacib xallar itirdiyini vurğulayıb.

“Biz iki xal yox, çempionluq uğrunda son şanslarımızı itirdik və artıq ikinci yer uğrunda mübarizədə özümüzdən asılı deyilik. Bəzi futbolçular sanki futbolu yaşamır, bəzən reallığı unudurlar, mən onlara bir az riyaziyyat izah etdim.Topa 75-80 faiz sahib idik, bu inanılmazdır, amma 1:0-dan sonra rahatlaşma oldu” - deyə mütəxəssis bildirib.

O əlavə edib ki, komandada “maksimumla oynayan komanda üçün lazım olan enerji və aclıq yoxdur”.

Təcrübəli mütəxəssis üçüncü yer barədə sərt danışıb:

“Belə oyunla nəinki üçüncü yer uğrunda, hətta bütün matçları uduza bilərik”.

Hakimlikdən narazı qalan Mourinyo əlavə edib:

“Rəqibi qınamıram, amma altı dəqiqə əlavə vaxt verən hakimi qınayıram, bu, oyunun keyfiyyətinə ciddi təsir etdi”.

Sonda isə o, mövsümə təsir edən amillərdən danışaraq bildirib:

“Komandada pis insanlar yoxdur, amma bəzilərində xarakter çatışmır və bu, məni məyus edir”.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
35
icma.az

1Sources