İranın ali rəhbəri Əli Xameneinin nəşi Qum şəhərində dəfn olunacaq.
İnterpress.az xəbər verir ki, bu barədə “The Times” diplomatik mənbələrə istinadən məlumat yayıb.
İranın dünyasını dəyişmiş ali rəhbəri Əli Xameneinin nəşi müqəddəs Qum şəhərində dəfn edilmək üçün hazırlanır. Məlumatlara görə, Qumda Xameneilər ailəsinin üzvləri, o cümlədən Mötəbə Xameneinin də gələcəkdə dəfn oluna biləcəyi böyük bir mavzoleyin tikintisi planlaşdırılır.
Qeyd edək ki, İran hakimiyyəti dəfnin gecikməsini dəfn mərasimində iştirak edəcək insanların çoxluğu ilə əlaqələndirsə də, şiə ənənələrinə görə cənazənin sürətlə torpağa tapşırılmasının vacibliyi bu gecikmə ilə bağlı suallar doğurur. Çərşənbə günü Əli Xameneinin vəfatından 40 gün keçir ki, bu da yas dövrünün sonu deməkdir.
Xuraman Etibarlı
İnterpress.az