EN

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni tədris dalğasına qeydiyyat başladı

Bakı.Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsalİnkişaf Agentliyinin “Technion” Texnologiya İnstitutu ilə birgətəsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin yenidalğası üçün qeydiyyata start verib.

Bu tədris dalğasında da Mərkəz xüsusi imkan təqdim edir. Belə ki,təlim proqramı uğurla başa vuranlar arasında ən yüksək nəticəgöstərən 5 məzun ölkə xaricində fəaliyyət göstərən qabaqcılşirkətlərdə 1 aylıq təcrübə proqramına iştirak şansı qazanaraq özbacarıqlarını real iş mühitində sınayacaq.

Təlimlərdən yararlanmaq üçün 17 yaşdan yuxarı, ingilis dilibilikləri və baza İKT bacarıqlarına malik olan Azərbaycanvətəndaşları müraciət edə bilərlər. Qeydiyyatdan keçmiş namizədlərnövbəti mərhələdə ardıcıl olaraq imtahan və müsahibə proseslərinəcəlb olunacaqlar. Xarici mütəxəssislərin keçirəcəyi imtahandanamizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İKT üzrəbilik və bacarıqları, ingilis dili səviyyəsi yoxlanılacaq. Dahasonra müsahibəyə cəlb olunaraq bu mərhələni uğurla keçən 60 nəfərtəlimlərdə tam təqaüdlü formada iştirak hüququ əldə edəcək. Hər birmərhələ üzrə yalnız ən yüksək göstəricilərə sahib şəxslər sonrakımərhələdə iştirak hüququ qazanacaqlar.
Proqrama qəbul olanlara dərslər “Technion” Texnologiya İnstitutununakademik heyəti tərəfindən onların tədris metodologiyasına əsasənkeçiləcək, nəzəri və praktiki biliklər öyrədiləcək. Təlimlər 6 aymüddətində saat 09:00-dan 16:00-a qədər dərslər,16:00-dan 21:00-dəkpraktiki məşğələlər şəklində davam edəcək.

Proqram çərçivəsində “Red Team” (hücum) və “Blue Team” (müdafiə)olmaqla 2 qrup mütəxəssisin hazırlanması planlaşdırılır. Komandalartədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarınıinkişaf etdirəcəklər. Proqramı uğurla bitirənlərə “Technion”Texnologiya İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.

Təlimlərdə iştirak etmək istəyən namizədlər linkə daxil olaraqqeydiyyatdan keçə bilərlər:

Qeydiyyat üçün son tarix 10 may 2026-cı ildir.

Qeyd edək ki, bu günə qədər Azərbaycan KibertəhlükəsizlikMərkəzinin həyata keçirdiyi təlim proqramlarından 480 nəfər məzunolub, hazırda isə 60 nəfər bu sahədə təhsilini davam etdirir.Mərkəz tərəfindən eyni zamanda məzunların məşğulluq imkanlarınınartırılması ilə bağlı da təşəbbüslər həyata keçirilir. Mərkəzməzunlarının işlə təmin olma göstəricisi 86%-dir. Mərkəzdəixtisaslaşmış kadr hazırlığı ilə yanaşı, ali təhsil müəssisələrindətədrisin həyata keçirilməsi, kibermaarifləndirmə,kibertəhlükəsizlik mütəxəssisləri üçün ixtisasartırma təlimləri,kibertəhlükəsizlik üzrə tədqiqat və araşdırma,yerlikibertəhlükəsizlik məhsullarının hazırlanmasına dəstəyingöstərilməsi istiqamətində də tədbirlər həyata keçirilir.

Chosen
3
6
az.trend.az

7Sources