AZ

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni tədris dalğasına qeydiyyat başladı

Bakı.Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsalİnkişaf Agentliyinin “Technion” Texnologiya İnstitutu ilə birgətəsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin yenidalğası üçün qeydiyyata start verib.

Bu barədə Trend-ə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən(İRİA) məlumat verilib.

Bildirilib ki, bu tədris dalğasında da Mərkəz xüsusi imkantəqdim edir. Belə ki, təlim proqramı uğurla başa vuranlar arasındaən yüksək nəticə göstərən 5 məzun ölkə xaricində fəaliyyət göstərənqabaqcıl şirkətlərdə 1 aylıq təcrübə proqramına iştirak şansıqazanaraq öz bacarıqlarını real iş mühitində sınayacaq.

Təlimlərdən yararlanmaq üçün 17 yaşdan yuxarı, ingilis dilibilikləri və baza İKT bacarıqlarına malik olan Azərbaycanvətəndaşları müraciət edə bilərlər. Qeydiyyatdan keçmiş namizədlərnövbəti mərhələdə ardıcıl olaraq imtahan və müsahibə proseslərinəcəlb olunacaqlar. Xarici mütəxəssislərin keçirəcəyi imtahandanamizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İKT üzrəbilik və bacarıqları, ingilis dili səviyyəsi yoxlanılacaq. Dahasonra müsahibəyə cəlb olunaraq bu mərhələni uğurla keçən 60 nəfərtəlimlərdə tam təqaüdlü formada iştirak hüququ əldə edəcək. Hər birmərhələ üzrə yalnız ən yüksək göstəricilərə sahib şəxslər sonrakımərhələdə iştirak hüququ qazanacaqlar.

Proqrama qəbul olanlara dərslər “Technion” Texnologiyaİnstitutunun akademik heyəti tərəfindən onların tədrismetodologiyasına əsasən keçiləcək, nəzəri və praktiki bilikləröyrədiləcək. Təlimlər 6 ay müddətində saat 09:00-dan 16:00-a qədərdərslər,16:00-dan 21:00-dək praktiki məşğələlər şəklində davamedəcək.

Proqram çərçivəsində “Red Team” (hücum) və “Blue Team” (müdafiə)olmaqla 2 qrup mütəxəssisin hazırlanması planlaşdırılır. Komandalartədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarınıinkişaf etdirəcəklər. Proqramı uğurla bitirənlərə “Technion”Texnologiya İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.

Təlimlərdə iştirak etmək istəyən namizədlər linkə daxil olaraqqeydiyyatdan keçə bilərlər:

Seçilən
2
6
az.trend.az

7Mənbələr