EN

Azərbaycanda ilk dəfə “Africa Week” təşəbbüsü həyata keçiriləcək (FOTO)

Bakı. Trend:

Azərbaycanda ilk dəfə olaraq “Africa Week” (AfrikaHəftəsi) layihəsi reallaşdırılacaq. Bu təşəbbüs Azərbaycanilə Afrika ölkələri arasında iqtisadi, ticarət, investisiya,səhiyyə və təhsil sahələrində əməkdaşlığın inkişafına yönəlib vəiki region arasında əlaqələrin genişlənməsi üçün yeni imkanlaryaradacaq.

Layihə çərçivəsində ilk tədbir kimi regionun aparıcı beynəlxalqsərgilərindən olan “Caspian Agro 2026” və “InterFoodAzerbaijan 2026” daxilində ilk dəfə “AfrikaPavilyonu”nun yaradılması nəzərdə tutulur. PavilyondaAfrika ölkələrinin kənd təsərrüfatı və qida məhsulları, innovativtexnologiyaları və ixrac potensialı təqdim olunacaq.

“Africa Week” layihəsinin əsas tədbirlərindən biri də3-cü Beynəlxalq Aqrar İnnovasiya Forumu – Azərbaycan–AfrikaBiznes Paneli olacaq. Panel müzakirələri 07 may2026-cı il tarixində Bakı Ekspo Mərkəzində baştutacaq.

Panel çərçivəsində kənd təsərrüfatı, qida sənayesi, logistika vəinvestisiya sahələrində əməkdaşlıq imkanları müzakirə ediləcək,həmçinin Azərbaycan və Afrika ölkələri arasında yeni biznesəlaqələrinin qurulması məqsədilə ikitərəfli görüşlər təşkilolunacaq.

Bundan əlavə, “Africa Week” çərçivəsində səhiyyə və təhsilsahələrində əməkdaşlığa dair təqdimatlar, beynəlxalq klinikalarınçıxışları və təhsil mübadiləsi proqramları da planlaşdırılır.Layihə çərçivəsində müxtəlif sahələri əhatə edən əlavə tədbirlərinvə side-eventlərin keçirilməsi də nəzərdə tutulub.

Təşkilatçıların məlumatına görə, tədbirlərdə Afrika ölkələrindən40-dan çox iş adamının və nümayəndənin iştirakıgözlənilir. Bu layihə Azərbaycan ilə Afrika ölkələriarasında iqtisadi əlaqələrin dərinləşməsi və yeni tərəfdaşlıqlarınqurulması baxımından mühüm platforma hesab olunur.

“Africa Week” layihəsi“Africa–Azerbaijan Cooperation” (Azərbaycan–Afrikaİqtisadi və Sosial Əlaqələr Assosiasiyası) tərəfindən təşkilolunur. Gələn qonaqların iştirakı ilə Africa–Azerbaijan Cooperationtəşkilatının 3 illik yubileyi qeyd olunacaqdır.

Assosiasiyanın sədri Rəna Qəfərova yerlisahibkarları və biznes nümayəndələrini layihədə fəal iştirak etməyəçağırıb. O qeyd edib ki, bu təşəbbüs Azərbaycan və Afrika arasındaiqtisadi əməkdaşlığın inkişafına yeni təkan verəcək və yerlişirkətlər üçün yeni bazarlara çıxış imkanları yaradacaq.

Azərbaycanda
Chosen
3
1
az.trend.az

2Sources