EN

Problem göydədir, yoxsa yerdə?- ÖZƏL

"Əvvəllər Bakıda hansısa səbəblərdən ciddi problemlər olanda dərhal hökumət səviyyəsində  ictimai müzakirələr olardı, hesabatlar dinlənərdi, təqsirkarlar cəzalandırılardı. İndi yenidən Bakıda yağışlar  şəhəri və ətraf əraziləri iflic edib. Rəsmilər yenə eyni izahatı verir : "yağıntı normadan artıq olub".Amma bu dəfə ictimai müzakirələr gözə dəymir, hesabatlılıq müşahidə olunmur". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib: "Amma bir müddət öncə Prezidentin təsdiqlədiyi "2026-2035-ci illər üçün Bakı və Abşeronda su, kanalizasiya və yağış suları sistemlərinin yenilənməsi ilə bağlı Dövlət Proqramı"na görə daha ciddi hesabatlılıq olmalıydı. Xatırlayıram ki, Prezident yanında keçirilən müzakirədə Bakıda uyğun infrastrukturun 40-50 il əvvəl qurulduğu, şəhərin 2,6 dəfə böyüyü, əhalinin 2,1 dəfə artdığı, kanalizasiya xidmətlərinin cəmi 50%-i əhatə etdiyi bildirilirdi.
İndi durum nə yerdədir?
Yəni Proqramın icrasına cavabdehlərin açıqlamaları olmalıydı ki, icra nə yerdədir, büdcədən vəsait ayrılıbmı, harada ilk növbədə drenajlar və kollektorlar qurulacaq, hansılar yenilənəcək, hansı icra qrafiki var,  gözlənti nədir, nə zaman bu problemlərə son qoyulacaq? Hökumət fərqində olmalıdır ki cəmiyyət Proqramın qəbulundan sonra bu suallara cavab axtarır, proqramın icra qrafiki, monitorinqin nəticələri haradadır?
Proqramın qəbulundan belə qənaətə gəlmək olar ki ,  hökumət də problemin göydə deyil, yerdə olduğunun fərqindədir. Artıq konkret proqram var və resurslar da var. Amma hələlik real nəticələr görünmür. Deyilə bilər ki , Proqram yeni təsdiqlənib. Olsun. Amma narahatedici məqamlar bununla əlaqəli hesabatlılığın, rəsmi açıqlamaların olmamasıdır. Narahatlıq, cavabdehlərdən hesabatlar tələb olunmaması, hökumətin açıq müzakirələr keçirməməsi,  bununla bağlı cəmiyyətə məlumatlar verilməməsidir. Cəmiyyət indi hökumətdən  Prezidentin məhz belə bir böhranlı vəziyyətin kökündən düzəldilməsi, eyni problemlərin təkrar baş verməməsi üçün imzaladığı Proqramın icrası vəziyyətiylə bağlı  açıqlamalar gözləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
olaylar.az

1Sources