İndi durum nə yerdədir?
Yəni Proqramın icrasına cavabdehlərin açıqlamaları olmalıydı ki, icra nə yerdədir, büdcədən vəsait ayrılıbmı, harada ilk növbədə drenajlar və kollektorlar qurulacaq, hansılar yenilənəcək, hansı icra qrafiki var, gözlənti nədir, nə zaman bu problemlərə son qoyulacaq? Hökumət fərqində olmalıdır ki cəmiyyət Proqramın qəbulundan sonra bu suallara cavab axtarır, proqramın icra qrafiki, monitorinqin nəticələri haradadır?
Proqramın qəbulundan belə qənaətə gəlmək olar ki , hökumət də problemin göydə deyil, yerdə olduğunun fərqindədir. Artıq konkret proqram var və resurslar da var. Amma hələlik real nəticələr görünmür. Deyilə bilər ki , Proqram yeni təsdiqlənib. Olsun. Amma narahatedici məqamlar bununla əlaqəli hesabatlılığın, rəsmi açıqlamaların olmamasıdır. Narahatlıq, cavabdehlərdən hesabatlar tələb olunmaması, hökumətin açıq müzakirələr keçirməməsi, bununla bağlı cəmiyyətə məlumatlar verilməməsidir. Cəmiyyət indi hökumətdən Prezidentin məhz belə bir böhranlı vəziyyətin kökündən düzəldilməsi, eyni problemlərin təkrar baş verməməsi üçün imzaladığı Proqramın icrası vəziyyətiylə bağlı açıqlamalar gözləyir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31