EN

Tovuzda adam oğurluğunda şübhəli bilinən şəxslər saxlanılıb

Bakı.Trend:

Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə rayon sakini olan 19yaşlı xanımın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumatdaxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundanTrend-ə verilənməlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərləxanımın yeri müəyyən edilərək ailəsinə təhvil verilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri — 32yaşlı Nemət Məmmədov, onun qardaşı 34 yaşlı İsmət Məmmədov,həmkəndliləri 38 yaşlı Elmar Abdıyev və 42 yaşlı V. Tağıyevasaxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi iləcinayət işi başlanaraq onlar cinayət məsuliyyətinə cəlb olunublar.İstintaq araşdırmaları davam etdirilir.

Məqalədə:
Chosen
9
49
az.trend.az

10Sources