EN

Cinayət törədən 44 nəfər saxlanıldı

Aprelin 6-da ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Metbuat.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb

Axtarışda olduğuna görə ümumilikdə 74, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Chosen
53
49
metbuat.az

10Sources