EN

Azərbaycanda da filialı olan məşhur fitnes klublarında pozuntu TAPILDI

Lent az saytına istinadən ain.az xəbər verir.

Rospotrebnadzor Moskvada fəaliyyət göstərən “World Class” fitnes klublarında sanitariya-epidemioloji tələblərin pozulduğunu aşkar edib. Qurum bu pozuntuların aradan qaldırılması tələbi ilə Sport Forum MMC-yə göstəriş verib.

Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə qurumun Moskva üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.

Yoxlamalar səkkiz fitnes klubunda aparılıb. Mütəxəssislər havanın, içməli suyun və hovuz suyunun keyfiyyətini qiymətləndirib, suyun temperaturunu ölçüb, həmçinin səthlər üzrə bakterioloji analizlər aparıblar. Aşkarlanan pozuntular əsasən məkan və avadanlıqların istismarı, dezinfeksiya işlərinin aparılması, eləcə də əməkdaşların tibbi müayinədən və vaksinasiya prosesindən keçmə qaydaları ilə bağlı olub.

Moskvada “World Class” şəbəkəsinə 39 idman zalı daxildir. Şirkət paytaxtdan əlavə Rusiyanın 20-dən çox şəhərində, həmçinin Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monako və digər ölkələrdə fəaliyyət göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
lent.az

1Sources