EN

Rusiya ordusu Ukraynada daha 980 hərbçisini itirib

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 980 hərbçisini itirib.

Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 305 min 470 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 65 artilleriya sistemi və 4 zirehli döyüş maşınını məhv edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
44
14
missiya.az

10Sources