EN

İran bütün Səudiyyəni BOMBALADI: Partlayışlar və yanğın... - VİDEO

İran Silahlı Qüvvələri Səudiyyə Ərəbistanının bütün ərazisi boyunca enerji və sənaye obyektlərinə kütləvi raket zərbələri endirib.

Musavat.com xəbər verir ki, İran mənbələrinin yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki enerji infrastrukturu ballistik raketlərlə hədəf alınıb.

Eyni zamanda, ölkənin şərqində yerləşən və Yaxın Şərqin ən böyük sənaye mərkəzi hesab olunan Əl-Cubayl şəhəri də ağır zərbələrə məruz qalıb.

Regionun əsas neft-kimya və enerji obyektlərinin cəmləşdiyi bu şəhərdə güclü partlayışlar baş verib və genişmiqyaslı yanğınlar başlayıb.

Gərginlik digər ölkələrə də sıçrayıb. "CBS News"un 2 ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, İran PUA-larının Küveytdəki "Ali əl-Salem" aviabazasına endirdiyi gecə zərbələri nəticəsində 5 ABŞ hərbçisi yaralanıb.

Mənbələr yaralıların əksəriyyətinin artıq xidmətə qayıtdığını bildirir. Qeyd olunur ki, İrana qarşı əməliyyatların başladığı gündən bu yana ümumilikdə 373 ABŞ hərbçisi yaralanıb, onlardan 5-nin vəziyyəti ağırdır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) zərbələrin 98-ci dalğasının uğurla icra edildiyini bəyan edib.

Məlumatda Küveytdəki "Ali əl-Salem" bazası və İraqdakı "Viktoriya" düşərgəsi ilə yanaşı, İsrailin Təl-Əviv (şimal və cənub), Hayfa, Petah-Tikva və Beer-Şeva şəhərlərinin də hədəf alındığı bildirilir.

Musavat.com

Chosen
39
musavat.com

1Sources