EN

ABŞ-də demokratlar müdafiə nazirini impiçment etmək niyyətindədir

ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Yasəmin Ansari müdafiə naziri Pit Heqsetə qarşı impiçment maddəsi tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

"Far.Az"un məlumatına görə, bu barədə "Axios" portalı xəbər yayıb.

Mənbənin məlumatına görə, təşəbbüs Heqsetin İranda ABŞ hərbi əməliyyatlarına rəhbərlik etməkdə iştirakı ilə əlaqəli ola bilər. Nəşr ictimai rəy sorğularına istinadən, onun ABŞ hökumətinin ən az populyar üzvlərindən biri olduğunu və Yaxın Şərqdəki münaqişənin artan xərclərinin nazirin imicinə mənfi təsir göstərdiyini qeyd edib.

Qeyd olunur ki, Pentaqon rəhbəri ABŞ-nin baş prokuroru Pem Bondi və daxili işlər naziri Kristi Noemin istefalarından sonra demokratların növbəti hədəfi ola bilər.

"Axios"un sözlərini sitat gətirdiyi Ansari bildirib ki, təşəbbüsün əsasını həm də onun "vəzifə andını və konstitusiya qarşısındakı vəzifəsini dəfələrlə pozması təşkil edir.

Chosen
20
1
far.az

2Sources