EN

İranın Küveydəki bazaya hücumu zamanı ABŞ-nin 15 hərbçisi yaralanıb

İranın Küveytdəki Əli əs-Səlim aviabazasına pilotsuz təyyarə hücumu nəticəsində ABŞ-nin 15 əsgəri yaralanıb.

"Far.Az" xəbər verir ki, bu barədə "CBS News" mənbələrə istinadən məlumat yayıb.

Telekanala açıqlama verən ABŞ-nin iki rəsmisi pilotsuz təyyarə hücumun bəzi təfərrüatlarını açıqlayıb. Qeyd olunur ki, aviabazaya hücum gecə saatlarında olub. Eyni zamanda yaralanan əsgərlərin bəzilərinin xidmətə qayıtdığı bildirilir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Elə həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket atıb və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. Vəziyyətlə əlaqədar olaraq regionun bəzi dövlətləri hava məkanını müvəqqəti bağlayıb.

Chosen
71
far.az

1Sources