EN

Çin şirkətləri süni intellektlə ABŞ-ın hərbi fəaliyyətini izləyir və məlumatları satır - şok İDDİA

"The Washington Post" qəzetinin məlumatına görə, Yaxın Şərqdəki münaqişə fonunda Çin şirkətləri süni intellekt texnologiyalarından istifadə edərək ABŞ-nin hərbi birləşmələrinin hərəkətləri və silahları haqqında məlumatları satmağa başlayıblar. Qeyd olunub ki, Çindəki özəl firmalar ABŞ-nin hərbi fəaliyyətini izləmək və sonra bu məlumatları satmaq üçün süni intellekti açıq mənbəli məlumatlarla, o cümlədən peyk görüntüləri ilə birləşdirirlər.

"Bildiyim qədəriylə, onlar Çinin "Jilin" peyk qrupu kimi məlumat toplayanlardan çoxlu görüntü alırlar", - "American Enterprise Institute"un tədqiqatçısı Rayan Fedosyuk bildirib.

Qəzet qeyd edib ki, ABŞ-nin yüksək vəzifəli rəsmiləri süni intellektin hazırkı vəziyyətinə şübhə ilə yanaşsalar da, Çində bu cür texnologiyaların mümkün inkişafı ilə bağlı narahatlıqlarını bildiriblər.

Politoloq Kənan Novruzov Musavat.com-a söylədi ki, Çin müharibənin davam etməsində və beləliklə əsas rəqibi hesab olunan ABŞ-nin zəifləməsində çox maraqlıdır: "Bu baxımdan qeyd olunan iddiaların gerçək olması tamamilə mümkündür. Əgər belədirsə, bu, Vaşinqton- Pekin münasibətlərinə təsirsiz ötüşməyə bilməz.

İkinci bir tərəfdən isə nəzərə almaq lazımdır ki, deyilənlərin hələ rəsmi təsdiqi yoxdur. Bu baxımdan KİV səviyyəsində yayılan məlumatları sadəcə informasiya müharibəsinin komponenti kimi də qiymətləndirmək olar. Yəqin ki, yaxın zamanda tərəflərdən ən azı biri bu məsələyə rəsmi münasibət bildirəcəklər.

Bu, tərəflərdən heç birinə sərf etməsə də, yaxın gələcəkdə ABŞ və Çin arasında münasibətlərin gərginləşməsi və siyasi müstəvidəki toqquşmanın hərbi fazada da özünü göstərməsi mümkündür".

Cavanşir Abbaslı
Musavat.com

 

Chosen
4
6
musavat.com

8Sources