
ABŞ prezidenti Donald Trump bildirib ki, Iran üzərində vurulan təyyarənin pilotunun xilas edilməsi üzrə həyata keçirilən əməliyyata ümumilikdə 155 təyyarə cəlb olunub.
Onun sözlərinə görə, əməliyyatda 4 bombardmançı, 64 qırıcı, 48 yanacaqdaşıyan təyyarə və 13 xilasetmə təyyarəsi iştirak edib. Bundan əlavə, digər növ hava vasitələri də əməliyyata cəlb olunub.
Tramp qeyd edib ki, əməliyyatın yerüstü mərhələsində istifadə edilən bəzi köhnə iri təyyarələr sonradan partladılıb.
ABŞ prezidentinin bu açıqlaması əməliyyatın miqyası və istifadə olunan hərbi resursların həcmi baxımından diqqət çəkir.