EN

Renat oynamadı, komandası heç-heçə etdi

Polşa Ekstraklasasının 27-ci turunda “Motor” səfərdə “Radomyak”la 1:1 hesablı heç-heçə edib.

İdmanxeber.az-ın məlumatına görə, qonaqlar hesabı 21-ci dəqiqədə açsa da, meydan sahibləri 47-ci dəqiqədə cavab qolunu vuraraq məğlubiyyətdən xilas olub.

Azərbaycan millisinin üzvü Renat Dadaşov sabiq klubuna qarşı oyunu ehtiyatdan izləyib.

Bu nəticədən sonra “Motor” 38 xalla 8-ci pillədə qərarlaşıb.

Chosen
39
idmanxeber.az

1Sources