EN

Hakimi itələsə də cəzasız qaldı Video

ain.az bildirir, Qol.az portalına istinadən.

Hakimi itələsə də cəzasız qaldı - Video

"Arsenal"ın futbolçusu Qabriel Martinelli hakimi itələdiyinə görə əlavə cəza almaqdan yayına bilib.

QOL.az xəbər verir ki, “The Athletic”in məlumatına görə, vinger İngiltərə Kubokunda "Sauthempton"la oyunda hakim Sem Barrottu itələsə də, İngiltərə Futbol Assosiasiyası ona əlavə sanksiya tətbiq etməyib.

Xatırladaq ki, matçın əlavə vaxtında Martinelli topu tez oyuna daxil etmək istəyərkən hakimi itələyib və buna görə sarı vərəqə alıb. Qurumun epizodu yenidən araşdırmaq hüququ olsa da, futbolçu əlavə cəzadan yayınıb.

Qeyd edək ki, bu, cari mövsümdə Martinellinin oxşar hadisəyə görə yalnız sarı vərəqə ilə cəzalandırıldığı ikinci haldır. Daha əvvəl o, “Liverpul”un futbolçusu Konor Bredli ilə epizodda da ağır cəzadan xilas ola bilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
1
qol.az

2Sources