EN

Ucarda 7 gün əvvəl yol qəzasında yaralanan qadın öldü

Ucarda 7 gün əvvəl yol qəzasında xəsarət alan şəxs vəfat edib.

Martın 30-da Bakı-Qazax yolunun rayonun Şahlıq kəndindən keçən hissəsində BMW markalı minik maşınının idarəetmədən çıxaraq beton arakəsməyə çırpılması nəticəsində yaralanan Ağdam sakini, 1998- ci il təvəllüdlü Aysel Zakir qızı Allahverdiyeva Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsində vəfat edib.

Fakt araşdırılır.\\lent.az

Chosen
3
2
musavat.com

4Sources