Siyəzən-Məşrif yolundakı körpünü sel aparıb.
Xezerxeber.az-ın məlumatına görə, Gilgilçaya gələn güclü sel nəticəsində xeyli sayda kəndlə əlaqə kəsilib.
Kənd sakinlərinin sözlərinə görə, sel körpünü yararsız vəziyyətə salıb. Körpünün dayaqları yuyulub, nəticədə bir hissəsi uçub. Hzırda bir neçə kəndə gediş-gəlişdə məhdudiyyət var.
Avtomobil Yolları Dövlət Agentliyindən bildirib ki, əraziyə baxış keçirilib. Sürücülərə müvəqqəti olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Qusarda isə Hil çayına gələn sel çayın kənarının yuyulmasına səbəb olub. Güclü yağışlar nəticəsində yol-körpü infrastrukturuna da ziyan dəyib. Qusar-Həzrə yolunun Yasab kəndindən keçən hissəsinə yolun bir hissəsi çöküb. Ərazidə bərpa işləri aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.