EN

Kuba 2 mindən çox məhbusu azad edir

Kuba hökuməti ABŞ administrasiyasının artan təzyiqləri və ölkədə dərinləşən iqtisadi böhran səbəbindən 2010 məhbusun azad ediləcəyini açıqlayıb. Bu, son illərdə adada həyata keçirilən ən böyük əfv qərarlarından biri hesab olunur. 

Hakim Kommunist Partiyasının rəsmi nəşri olan “Granma” qəzetində yayımlanan məlumata görə, əfv qərarı məhbusların yaxşı davranışı, sağlamlıq vəziyyəti və törətdikləri cinayətlərin xarakteri nəzərə alınaraq verilib. Azad olunacaq şəxslər arasında gənclər, qadınlar, 60 yaşdan yuxarı şəxslər və əcnəbilər də var. Bununla yanaşı, qətl, adamöldürmə, cinsi zorakılıq və dövlət əleyhinə ağır cinayətlərdə ittiham olunan şəxslər siyahıya daxil edilməyib. Bu, Kubada ilin əvvəlindən bəri elan olunan ikinci genişmiqyaslı əfv qərarıdır. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

1Sources