EN

Çimərlik futbolu üzrə Azərbaycan millisi Moldovaya qalib gəlib  

Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk yoldaşlıq oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, yığma Alanya Bələdiyəspor çimərlik stadionunda Moldova seçməsi ilə qarşılaşıb. Görüş komandamızın 8:5 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Ramil Əliyev, Sabir Allahquliyev və Kamran Qürbətov hərəyə 2, Elşad Manafovla Bayram Bayramlı isə 1 qol vurublar.

Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu aprelin 7-də keçiriləcək.

Chosen
22
9
azerbaijan-news.az

9Sources