AZ

Çimərlik futbolu üzrə Azərbaycan millisi Moldovaya qalib gəlib

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azarbaycan milli komandası ilk yoldaşlıq oyununa çıxıb.

Hafta.az xəbər verir ki, yığma Alanya Bələdiyəspor çimərlik stadionunda Moldova seçməsi ilə qarşılaşıb.

Görüş komandamızın 8:5 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Ramil Əliyev, Sabir Allahquliyev və Kamran Qürbətov hərəyə 2, Elşad Manafovla Bayram Bayramlı isə 1 qol vurublar.

Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu aprelin 7-də keçiriləcək.

Seçilən
8
4
hafta.az

9Mənbələr