EN

İmişlinin mərkəzi küçəsi görün nə haldadır 80 ailə çıxılmaz durumda VİDEO, FOTOLAR

ain.az, Sitat.info portalına istinadən məlumat verir.

İmişli şəhəri, Elman Qurbanov küçəsinin yolu bərbad durumdadır.

Bu barədə vətəndaşlar "Sitat.info"ya bildiriblər.

Bildirək ki, bu küçə şəhərin mərkəzi ilə cəmi 1500 metr məsafədədir. Yəni, mərkəzi küçə adlanır.

Yollar bərbad durumda olduğundan keçilməzdir. 80 ailənin yaşadığı küçə blokada vəziyyətindədir. Yağış sulları dərin gölməçələr yaratdığından sakinlər çətinliklə hərəkət edir.

Avtomobillər sıradan çıxır. Təcili Tibbi Yardım maşınları belə əraziyə gələ bilmirlər. 

Sakinlər bildirirlər ki, bu barədə dəfələrlə İmişli Şəhər İcra Hakimiyyətinə və Yol idarəsinə müraciət etsələr də, nəticəsiz qalıb.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Sakinlərin lentə aldıqları videonu təqdim edirik:

Nigar,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
1
sitat.info

2Sources