EN

Gürcüstanda yeni giriş vizası tətbiq olunacaq



Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası parlamentə əcnəbilər üçün C5 vizasının tətbiqini təklif edən qanun layihəsi təqdim edib.

Newscenter.az-ın məlumatına görə, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.

Təşəbbüsə əsasən, əcnəbilərə Gürcüstanda bir ilə qədər qalma hüququ verən çoxdəfəlik qısamüddətli vizalar veriləcək. Viza beş il müddətində etibarlı olacaq. C5 kateqoriyalı viza Gürcüstana turist kimi gələn şəxslərə, eləcə də ölkədə qeyri-rezident kimi işləmək istəyənlərə veriləcək. Bu kateqoriyalı viza həmçinin qeyri-rezidentlərin həyat yoldaşı və uşaqlarına da veriləcək.

Gürcüstan Parlamentinin Bürosu artıq "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" Gürcüstan Qanununa müvafiq dəyişiklikləri qeydiyyata alıb. Parlamentin qərarı ilə qanun layihəsinə sürətləndirilmiş prosedur çərçivəsində baxılacaq.

Süleyman
Chosen
28
newscenter.az

1Sources