EN

Trampın oğulları ərəb krallıqlarına dron satmaq istəyirlər.

ABŞ prezidentinin oğulları Fars\Ərəb körfəzi ölkələrinə dron satmaq istəyən bir şirkətə investisiya qoyublar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, şirkət regionda təqdimatlar və dron sınaqları elan edib.

Bu, Donald Tramp (kiçik) və Erik Trampın sərmayə qoyduğu “Powerus” şirkətinə aiddir. Associated Press-in məlumatına görə, şirkət özünün tutucu dronlarını regionda tanıdır və artıq potensial müştərilərə nümayiş etdirir.

“Powerus”-un həmtəsisçisi və ABŞ Xüsusi Əməliyyatlar veteranı Brett Velikoviç bildirib ki, şirkətin komandası hazırda Yaxın Şərqdə tutucular üçün çoxsaylı nümayiş sınaqları keçirir.

O, şirkətin ABŞ-yə Çin və Rusiya dron istehsalçılarına çatmaq və onları ötməkdə kömək etmək niyyətində olduğunu iddia edir.

“Biz silahlanma yarışındayıq. Əgər onları tez bir zamanda istehsal etməyə başlamasaq, Amerika uduzacaq. ABŞ-yə investisiya qoymağa çalışan hər kəsə minnətdar olmalıyıq", - Velikoviç deyib.

Bu arada, Tramp ailəsi potensial maraqların toqquşması səbəbindən tənqid olunur.

Körfəz ölkələri prezidentin oğullarından silah satın almaq üçün böyük təzyiq altındadır. Ağ Evin keçmiş etika üzrə vəkili Riçard Peynter bildirib ki, bu, Trampın Konqresin təsdiqini belə almadığı müharibədən əhəmiyyətli dərəcədə pul qazanan ilk prezident ailəsi olacaq.

Musavat.com

 

Chosen
31
musavat.com

1Sources