Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində (Hematologiya və Transfuziologiya İnstitutunun qarşısı) güclü külək səbəbindən ağac avtomobilin üzərinə aşıb.
Belə ki, yol kənarındakı qurumuş nəhəng ağac qırılaraq park edilmiş 77-OK-527 dövlət nömrə nişanlı “BYD” markalı avtomobilin üzərinə aşıb. Zərbənin təsirindən nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Qeyd edək ki, paytaxtın digər ərazilərində də güclü külək nəticəsində oxşar hadisələr baş verib.