EN

Azər Maqsudov cəzadan azad edildi

Tanınmış alim Arif Acaloğlunu avtomobillə vuraraq onun ölümündə təqsirləndirilən həkim Azər Maqsudov amnistiyaya düşdüyü üçün cəzadan azad edilib.

Publika.az xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Azər Maqsudovun faktı "Report"a təsdiqləyib.

Xatırladaq ki, 2023-cü ilin noyabrında Sabunçu rayonu ərazisində Azər Maqsudov idarə etdiyi avtomobillə hərəkətdə olan zaman Arif Acaloğlunu avtomobillə vurub. Nəticədə A.Acaloğlu aldığı xəsarətdən ölüb.

Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

Chosen
43
10
publika.az

10Sources