EN

Türk professor “Aksarayın Hafızası” jurnalında Şərqşünaslıq İnstitutunun fəaliyyətindən yazıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 6 aprel, AZƏRTAC

Ötən ayın əvvəlində Bakıda olmuş Türkiyənin Yıldız Universitetinin professoru Süleyman Doğan ölkəsində nəşr olunan “Aksarayın Hafızası” jurnalında bu səfəri barədə geniş məqalə dərc etdirib. Martın 6-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görüş keçirmiş və mühazirə oxumuş alim “Türküstan coğrafiyasından Bakı məktubu” adlı məqaləsində bu barədə ətraflı məlumat verib.

Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, professor Süleyman Doğan institutun elmi mühiti, burada çalışan tədqiqatçıların peşəkarlığı və aparılan araşdırmaların əhəmiyyəti barədə ətraflı məlumat təqdim edib.

Məqalədə professor Süleyman Doğan institutun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşünü yüksək dəyərləndirib, rəhbərlik tərəfindən göstərilən diqqət və elmi mühitin səviyyəsini xüsusi vurğulayıb. Eyni zamanda, Şərqşünaslıq İnstitutunda keçirilmiş mühazirə və ona göstərilən maraq barədə geniş bəhs olunub.

Diqqətəlayiq məqamlardan biri də ondan ibarətdir ki, müəllif Azərbaycanda bu tədbirlə bağlı yayımlanmış xəbəri Türkiyə nəşrindəki məqaləsinə tam şəkildə Azərbaycan dilində daxil edib. Bu isə Şərqşünaslıq İnstitutunun fəaliyyətinin və elmi tədbirlərinin beynəlxalq elmi ictimaiyyətə birbaşa təqdim olunmasına xidmət edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
3
azertag.az

4Sources