EN

Hörmüz boğazında gəmi hərəkəti artıb

Bu həftə sonu Hörmüz boğazından 21 yük gəmisi keçib. 

Missiya.Az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Bildirilib ki, bu, martın əvvəlindən bəri qeydə alınan ən yüksək iki günlük göstəricidir.

Məlumata görə, gəmilərdən 13-ü Fars körfəzindən Ərəbistan dənizinə, 8-i isə əks istiqamətdə hərəkət edib. Keçən gəmilərin əksəriyyəti İrana məxsus olub.

Bildirilir ki, İran boğazdan keçid üçün xüsusi rüsumlar tətbiq etməyi planlaşdırır.

Seyranə Quliyeva

Missiya.Az

Chosen
8
missiya.az

1Sources