EN

Yaz Yay kolleksiyalarında trend rənglər Bu mövsüm nə dəbdə olacaq?

ain.az bildirir, Azxeber.com portalına istinadən.

2026-cı ilin yaz‑yay moda sezonu rəngarəng və cəsarətli trendlərlə gəlir. Moda həvəskarları bu mövsüm həm parlaq rənglər, həm də rahat geyimlərlə tanış ola biləcəklər.

AZXEBER.COM xəbər verir ki, çoda ekspertlərinin fikrincə, bu sezonun əsas tendensiyası özünü ifadə və fərdilikdir.

Moda nümayişlərində və butik kolleksiyalarında romantik və yüngül paltarlar, retro cinslər, eləcə də sportiv elementlər diqqət çəkir. 

2026 yaz‑yay sezonunun rəng palitrası parlaq və enerjili tonlardan ibarətdir:

Yumşaq ağ tonlar, iddialı və enerjili qırmızı, həyat dolu sarılar, dərin və zərif mavi tonlar, romantik və cazibədar çəhrayılar, təbiət ilhamlı və rəng bloklamada ideal seçim olan yaşıl ilin dəbi olacaq.

Moda analitikləri vurğulayır ki, rəng bloklama bu mövsümün əsas tendensiyalarından biridir. Sarı ilə qırmızı və ya mavi ilə yaşıl kimi kontrastlar dəbdə olacaq.

Eyni zamanda bu mövsüm özünü ifadə edən və rahat geyimlər əsas prioritet olacaq. Klassik parçalar yenidən dirçəlsə də, rənglər və tekstural kombinasiyalar fərqlilik yaradacaq.

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
azxeber.com

1Sources